27 aprel 2025. Bazar günü

Naxçıvan karateçilərinə seminar keçilib, imtahan götürülüb


  • Offside
  • 19:31 14.04.2025
  • Oxunma sayı: 57
Naxçıvan karateçilərinə seminar keçilib, imtahan götürülüb

12-13 aprel tarixlərində Azərbaycan Karate Federasiyasının (AKF) nümayəndələrinin iştirakı ilə Naxçıvan şəhərində texniki-taktiki seminar və kəmər imtahanı təşkil olunub.

90deqiqe.Az xəbər verir ki, “Qapıcıq” və “Naxçıvan” karate klublarında reallaşan fəaliyyətlər karateçilərin nəzəri və praktiki keyfiyyətlərini yüksəltmək, eyni zamanda bacarıqlarını qiymətləndirmək məqsədinə xidmət edib.

AKF Hüquq və İntizam Komitəsinin sədri Həmdiyyə Məmmədovla, Texniki və Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndinin olduğu imtahan komissiyası idmançıların kihon, kata və kumite qaydalarında çıxışlarını izləyib, müvafiq qeydlərini aparıblar. Qiymətləndirmənin nəticəsi bir həftə sonra açıqlanacaq.

Qeyd edək ki, karateçilərdən 14-ü ikinci dan, 4-ü birinci dan qara kəmər, digərləri isə müxtəlif kəmər dərəcələri üzrə imtahan veriblər.







Offside