24 aprel 2025. Cümə axşamı

Azərbaycanın 11 boksçusu "Böyük İpək Yolu" turnirində finala yüksəlib


  • Offside
  • 10:33 15.04.2025
  • Oxunma sayı: 47
Azərbaycanın 11 boksçusu "Böyük İpək Yolu" turnirində finala yüksəlib

Bakıda kişi və qadın boksçular arasında ənənəvi Böyük İpək Yolu beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 9 ölkənin 200-dək idmançısının qatıldığı yarışda Azərbaycan millisinin 11 idmançısı finala vəsiqə qazanıb.

Kişi boksçuların mübarizəsində Sübhan Məmmədov, Nicat Hüseynov, Məhəmmədəli Qasımzadə, Nəbi İsgəndərov, Seyidcəmşid Cəfərov, Murad Allahverdiyev, Alfonso Dominqes və Məhəmməd Abdullayev yarımfinal döyüşlərini qələbə ilə başa vurublar. Şamil Əsgərov, Tağı Nəsibov, Ruslan Rüstəmov və Məmməd Quliyev finala yüksələ bilmədikləri üçün bürünc medalla kifayətləniblər.

Qadın boksçuların yarışında Marjona Savriyeva, Zeynəb Rəhimova və Aynur Rzayeva qalib gələrək həlledici görüşə vəsiqə qazanıblar. Onlardan fərqli, Anaxanım İsmayılova, Bəhriyyə İbrahimova və Aynur Mikayılova yarımfinal səddini keçə bilmədikləri üçün üçüncü yeri tutublar.

Kişilər

48 kiloqram

Sübhan Məmmədov (Azərbaycan) – Nurqisa Turabekov (Qazaxıstan) – 5:0

Baxruz Xoldorov (Özbəkistan) – Sahil Allahverdiyev (Gürcüstan) – 1:4

51 kiloqram

Nicat Hüseynov (Azərbaycan) – Meroy Sufiyonov (Tacikistan) – 3:2

Davit Çaparidze (Gürcüstan) – Bair Batlayev (Rusiya) – 2:3

54 kiloqram

Maksim Kuznetsov (Rusiya) – Jandavlet Sarsenbayev (Qazaxıstan) – 5:0

Baqslan Kenjebek (Qazaxıstan) – Şaxzod Muzaffarov (Özbəkistan) – 4:1

57 kiloqram

Xusravxon Raximov (Tacikistan) – Nodirbek Allaberqanov – 1:4

Yerxan Turdan (Qazaxıstan) – Eduard Savvin (Rusiya) – birinci döyüşə gəlməyib

60 kiloqram

Şamil Əsgərov (Azərbaycan) – Məhəmmədəli Qasımzadə (Azərbaycan) – 2:3

Tağı Nəsibov (Azərbaycan) – Vsevolod Şumkov (Rusiya) – 0:5

63,5 kiloqram

Ruslan Qafurov (Tacikistan) – Sayat İlyasov (Özbəkistan) – 1:4

Ruslan Rüstəmov (Azərbaycan) – Sandan Sandanov (Rusiya) – 2:3

67 kiloqram

Nəbi İsgəndərov (Azərbaycan) – Dulat Bekbayov (Qazaxıstan) – ikinci döyüşə gəlməyib

Assilxan Koşerbay (Qazaxıstan) – Yevgeni Kul (Rusiya) – ikinci tam üstünlüklə qalib gəlib

71 kiloqram

Sardor Abdumutaliyev (Özbəkistan) – Nurbek Mursal (Qazaxıstan) – 0:5

Bekzod Xamidov (Özbəkistan) – İqor Sviridçenkov (Rusiya) – 0:5

75 kiloqram

Seidcəmşid Cəfərov (Azərbaycan) – Giorgi Natroşvili (Gürcüstan) – 5:0

Sanjar-Ali Beqaliyev (Qazaxıstan) – Amin Kuşkov (Rusiya) – 4:1

80 kiloqram

Murad Allahverdiyev (Azərbaycan) – Saqin Uulu Satibaldi (Qırğızıstan) – birinci döyüşə gəlməyib

Anvar Nasredinov (Kamboca) – İlyas Maqomedov (Rusiya) – 0:5

86 kiloqram

Casurbek Yuldaşev (Özbəkistan) – Davren Mamir (Qazaxıstan) – 5:0

Məmməd Quliyev (Azərbaycan) – Timur Qamzatov (Rusiya) – birinci döyüşə gəlməyib

92 kiloqram

Alfonso Dominqes (Azərbaycan) – Giorgi Tçikladze (Gürcüstan) – 4:1

İrakli Alanidze (Gürcüstan) – Ramazan Dadayev (Rusiya) – 0:5

+92 kiloqram

Məhəmməd Abdullayev (Azərbaycan) – Mirzakir Koşaliyev (Qırğızıstan) – 5:0

Nikoloz Beqadze (Gürcüstan) – David Surov (Rusiya) – birinci döyüşə gəlməyib

Qadınlar

48 kiloqram

Anaxanım İsmayılova (Azərbaycan) – Jasmin Tahirova (Özbəkistan) – 0:3

Liya Patlay (Rusiya) – Gulnaz Buribayeva (Qazaxıstan) – 5:0

50 kiloqram

Marjona Savriyeva (Azərbaycan) – Karina Korobova (Rusiya) – 3:2

Elyanur Turqanova (Qazaxıstan) – Sabina Babakulova (Özbəkistan) – 0:5

52 kiloqram

Valeriya Linkova (Rusiya) – Anja Sadvakassova (Qazaxıstan) – 0:5

Tomiris Mirzakul (Qazaxıstan) – Zeynəb Rəhimova (Azərbaycan) – 0:5

54 kiloqram

Bəhriyyə İbrahimova (Azərbaycan) – Elina Bazarova (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib

Simbat Alaskar (Qazaxıstan) – Darya Panteleyeva (Rusiya) – 0:5

57 kiloqram

Aynur Mikayılova (Azərbaycan) – Viktoriya Baydukova (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib

Uzukkjamol Yunusova (Özbəkistan) – Darya Abramova (Rusiya) – 0:5

70 kiloqram

Aziza İssina (Qazaxıstan) – Angelina Vitova (Rusiya) – 0:5

Epelle Mbata (İBA) – Oyşa Toirova (Özbəkistan) – 4:1

+81 kiloqram

Dina İslambekova (Qazaxıstan) – Aynur Rzayeva (Azərbaycan) – 1:4

Oltinoy Sotimboyeva (Özbəkistan) – Kseniya Olifirenko (Rusiya) – 0:5

Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.







Offside