27 aprel 2025. Bazar günü

Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının hakimləri müəyyənləşib


  • Offside
  • 12:06 15.04.2025
  • Oxunma sayı: 42
Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının hakimləri müəyyənləşib

Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının oyunlarını idarə edəcək hakimlər bəlli olub.

90deqiqe.Az xəbər verir ki, mundialda 14 ölkənin referisi iş başında olacaq. Onların arasında Azərbaycan təmsilçisi Rza Məmmədov da var.

Dünya çempionatında oyunları idarə edəcək hakimlər bunlardır: Alaa Eddin Zidan (Liviya), Ales Müller (Sloveniya), Aleksander Vangelov (Bolqarıstan), Antoniyo Meşiç (Xorvatiya), Katalin Pidqirni (Moldova), Grem Florens (ABŞ), İlyes Çakrun (Tunis), İstvan Mod (Macarıstan), Marko Popoviç (Monteneqro), Mixal Bereş (Slovakiya), Mohammed Adnan İsmail (İraq), Rza Məmmədov (Azərbaycan), Tamaş Paul (Rumıniya), Tomaş Sikora (Çexiya).

Qeyd edək ki, dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında keçiriləcək.







Offside