- Offside
- 11:29 23.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Azərbaycanın 8 boksçusu Bakıda təşkil olunan "Böyük İpək Yolu" beynəlxalq turnirində qızıl medal qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, finalda mübarizə aparan 11 boksçudan 3-ü uduzaraq gümüş medalla kifayətlənib.
Zeynəb Rəhimova (52 kq), Aynur Rzayeva (+81 kq), Sübhan Məmmədov (48 kq), Nicat Hüseynov (51 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Nəbi İsgəndərov (67 kq), Seyidcəmşid Cəfərov (75 kq) və Alfonso Dominqes (92 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Marjona Savriyeva (50 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) gümüş medal qazanıblar.
Qeyd edək ki, daha öncə yarımfinalda məğlub olan Şamil Əsgərov, Tağı Nəsibov (hər ikisi 60 kq), Ruslan Rüstəmov (63,5 kq), Məmməd Quliyev (86 kq), Anaxanım İsmayılova (48 kq), Bəhriyyə İbrahimova (54 kq) və Aynur Mikayılova (57 kq) üçüncü yeri tutublar.