- Offside
- 14:16 25.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandasının üzvü İsa Rüstəmov Moldovanın paytaxtı Kişineu şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edib.
90deqiqe.Az-ın məlumatına görə, atletimiz birdən qaldırma hərəkətində 138 kiloqram nəticə göstərərək bürünc medala sahib olub. Təkanla qaldırma hərəkətində 170 kiloqram ağırlığı başı üzərinə qaldıran İsa bu dəfə fəxri kürsünün birinci pilləsinə yüksəlib.
Toplamda 308 kiloqram nəticəyə imza atan idmançımız yekun sıralamada ikinci olub və iki hərəkətin cəmində Avropa çempionatının gümüş mükafatını qazanıb.