27 aprel 2025. Bazar günü

Gəncə VK-nın play-off-a vəsiqəsi münasibətilə görüş keçirilib


  • Offside
  • 16:59 15.04.2025
  • Oxunma sayı: 61
Gəncə VK-nın play-off-a vəsiqəsi münasibətilə görüş keçirilib

“AzerGold” QSC-nin baş sponsoru olduğu “Gəncə” VK-nın Qadınların voleybol üzrə Yüksək Liqasının "play-off" mərhələsinə vəsiqə qazanması münasibətilə komanda üzvləri ilə görüş keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, yarımfinal oyunları ərəfəsində təşkil edilən görüşdə klubun rəhbərliyi və kollektivi liqada əzmkar və uğurlu çıxış münasibətilə “AzerGold” adından təbrik olunub, qarşıdakı oyunlarda komandaya qələbələr arzu edilib.

Klub üzvləri göstərilən diqqətə görə təşəkkür edib, liqanın "play-off" oyunlarında yüksək nəticələr əldə etmək, göstərilən etimadı doğrultmaq üçün maksimum səy göstərəcəklərini diqqətə çatdırıblar.







Offside