27 aprel 2025. Bazar günü

“Abşeron” və “Azərreyl” klubları yarımfinalda ilk qələbələrini qazanıb


  • Offside
  • 20:52 15.04.2025
  • Oxunma sayı: 61
“Abşeron” və “Azərreyl” klubları yarımfinalda ilk qələbələrini qazanıb

Qadın voleybolçuların Yüksək Liqasında pley-off mərhələsinə start verilib.

90deqiqe.Az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan yarımfinal çərçivəsində ilk olaraq “Abşeron” və “Gəncə” komandaları üz-üzə gəlib. Oyun ilkin mərhələnin lideri “Abşeron” klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Yarımfinal mərhələsinin növbəti qarşılaşmasında “Milli Aviasiya Akademiyası” və “Azərreyl” komandaları üz-üzə gəlib. Maraqlı mübarizədə keçən matçda “Azərreyl”in 3:2 hesablı qələbəsi qeydə alınıb.

Beləliklə, “Abşeron” və “Azərreyl” klubları yarımfinalda ilk qələbələrini qazanıb. Bu komandalar arasında ikinci oyun aprelin 17-də keçiriləcək. Reqlamentə əsasən yarımfinal mərhələsi iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl Setdə müəyyənləşəcək.







Offside