- Offside
- 20:00 23.03.2026
2008-ci ilin “Rolan Qarros” çempionu, keçmiş dünya bir nömrəsi Ana İvanoviç və futbol üzrə 2014-cü ilin dünya çempionu, Almaniya millisinin sabiq üzvü Bastian Şvaynştayqer evliliklərini bitiriblər.
90deqiqe.Az-ın “Bunte” nəşrinə istinadən yaydığı məlumata görə, cütlük iki ay əvvəl ayrılıb. Hazırda Ana İvanoviç oğulları Luka, Leon və Teo ilə birlikdə Serbiyanın paytaxtı Belqradda yaşayır. Şvaynştayqer isə iş səbəbindən tez-tez səyahət edir və boş vaxtlarını Münhendə keçirir.
Qeyd olunur ki, cütlüyün birlikdə son paylaşımı bu ilin 28 mart tarixində olub.