20 aprel 2025. Bazar günü

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib


  • Offside
  • 17:43 16.04.2025
  • Oxunma sayı: 51
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Milli Komandaların Təlim-Məşq Mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

ACF-nin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, imtahanda 60 idmançı müvafiq yaş uyğunluğuna əsasən ağ-sarı, sarı və narıncı kəmər dərəcələri üzrə imtahan verib.

Sınağı uğurla keçən cüdoçulara müvafiq kəmər və sertifikat təqdim edilib.

Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.







Offside