20 iyun 2025. Cümə

"Murov" və "Azərreyl" klubları yarımfinalda ilk qələbələrini qazanıb


  • Offside
  • 20:08 16.04.2025
  • Oxunma sayı: 102
"Murov" və "Azərreyl" klubları yarımfinalda ilk qələbələrini qazanıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib.

90deqiqe.Az-ın məlumatına görə, "Murov Az Terminal" "Neftçi"ni 3:0, "Azərreyl" isə "Xilasedici"ni eyni hesabla məğlub edərək seriyada önə keçib.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşib.

Qeyd edək ki, yarımfinal mərhələsinin ikinci oyunları aprelin 18-də baş tutacaq.







Offside