14 may 2025. Çərşənbə

Rafael Nadal "Roland Qarros 2025"də mükafatlandırılacaq


  • Offside
  • 14:55 17.04.2025
  • Oxunma sayı: 65
Rafael Nadal "Roland Qarros 2025"də mükafatlandırılacaq

22 qat Böyük Dəbilqə çempionu, keçmiş dünya bir nömrəsi, ispan tennisçi Rafael Nadal "Rolan Qarros" 2025-də mükafatlandırılacaq.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Mərasim mayın 25-də, bazar günü Filipp Çatrier kortunda yarışın gündüz sessiyasının üç matçından sonra baş tutacaq. Rafael Nadal 14 qat Fransa Açıq Çempionatının qalibidir.

Turnirdə həmçinin sonuncu dəfə Rolan Qarrosun torpaq kortlarına çıxacaq Riçard Qasket də çıxış edəcək. Onunla vida fransalının son oyunundan sonra baş tutacaq. Bu il Fransa Açıq Çempionatında qələbəsinin 25-ci ildönümünü qeyd edən Meri Pirs də diqqət mərkəzində olacaq.







Offside