17 may 2025. Şənbə

Azərbaycanın daha üç hakiminin beynəlxalq kateqoriyası 3 ulduza yüksəlib


  • Offside
  • 15:00 17.04.2025
  • Oxunma sayı: 72
Azərbaycanın daha üç hakiminin beynəlxalq kateqoriyası 3 ulduza yüksəlib

Boks üzrə Azərbaycan hakimləri - Anar Nağdıyev, Rövşən Qədirov və Qalib Əbiyevin beynəlxalq kateqoriyası 2 ulduzdan 3 ulduza artırılıb.

90deqiqe.Az-ın məlumatına görə, bu nailiyyətə R.Qədirovla Q.Əbiyev Rumıniyanın Breila şəhərində təşkil olunan “Drakula Open”, A.Nağdıyev isə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirində imza atıb.

Beynəlxalq Boks Assosiasiyası yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlilərimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onların ulduzunu artırıb.

Bununla da ölkəmizdə 3 ulduzlu hakimlərin sayı 6-yə yüksəlib. Daha öncə Emil Qurbanəliyev,  Anar Babanlı və Fuad Aslanov da bu kateqoriyaya yüksəliblər.

Qeyd edək ki, Azərbaycan Boks Federasiyası həm milli, həm də beynəlxalq kateqoriyaya malik hakimlərimizin peşəkarlıq səviyyəsinin artması, onların sayının çoxalması istiqamətində işləri davam etdirir.







Offside

Luis Nani siyasətə qoşulur
  • Offside
  • 22:16 16.05.2025
Luis Nani siyasətə qoşulur