20 iyun 2025. Cümə

"Santos" Neymarın zədəsi ilə bağlı açıqlama yaydı


  • Offside
  • 14:03 19.04.2025
  • Oxunma sayı: 102
"Santos" Neymarın zədəsi ilə bağlı açıqlama yaydı

Braziliyanın "Santos" klubunun hücumçusu Neymarın zədəsi ilə bağlı açıqlama yayıb. 

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Açıqlamada bildirilir: 

"Neymarın sol budunda ağrılar var. O, tibbi müayinədən keçib, əzələ zədəsi aşkarlanıb. Futbolçu artıq müalicəyə başlayıb. Lazım gələrsə, futbolçunun sağalmasını sürətləndirmək üçün müxtəlif reabilitasiya üsullarından istifadə olunacaq"

Futbolçu bu yaxınlarda “Atletiko Mineyro” ilə oyunda zədələnib.Neymar qış transfer pəncərəsində "Santos"a keçib. 33 yaşlı hücumçu klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.







Offside