14 may 2025. Çərşənbə

Veteran stolüstü tennisçilər arasında Azərbaycan çempionatına start verilib


  • Offside
  • 14:52 19.04.2025
  • Oxunma sayı: 98
Veteran stolüstü tennisçilər arasında Azərbaycan çempionatına start verilib

Veteran stolüstü tennisçilər arasında Azərbaycan çempionatına start verilib.

Stolüstü Tennis Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda kişilər 40-49, 50-59, 60-69 və 70-dən yuxarı, qadınlar isə 40-dan yuxarı yaş qruplarında mübarizə aparırlar. Budəfəki çempionata 60-a yaxın iştirakçı qatılıb. Onlar həm şəxsi, həm də qoşa yarışlarda qalib və mükafatçıları müəyyənləşdirəcəklər.

Qeyd edək ki, Azərbaycan çempionatına aprelin 20-də yekun vurulacaq.







Offside