6 dekabr 2025. Şənbə

Azərbaycan triatlonçusu Türkiyədəki yarışda birinci olub


  • Offside
  • 16:00 20.04.2025
  • Oxunma sayı: 146
Azərbaycan triatlonçusu Türkiyədəki yarışda birinci olub

Triatlon üzrə Azərbaycan millisinin üzvləri Serik şəhərində keçirilən Türkiyə Kubokunda uğurlu çıxış ediblər.

90deqiqe.Az-ın məlumatına görə, yarışda 2011-ci il təvəllüdlü idmançılar arasında Raul Mahmudov 1-ci yeri tutaraq fəxri kürsünün zirvəsinə qalxıb.

2012-ci il təvəllüdlülər arasında Şamil Dövlətov 7-ci yerin sahibi olub.

2008-2010-cu il təvəllüdlü idmançılardan Əli Rzazadə 14-cü, Tamerlan Musayev 22-ci, Teymur Cəfərov 26-cı yerdə finişə çatıb. Bu yaş kateqoriyasında 56 triatlonçu mübarizə aparıb.







Offside