14 dekabr 2025. Bazar günü

Azərbaycanın stolüstü tennisçiləri Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər


  • Offside
  • 12:54 21.04.2025
  • Oxunma sayı: 123
Azərbaycanın stolüstü tennisçiləri Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycanın stolüstü tennisçiləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək "WTT Youth Contender" turnirində iştirak edəcəklər.

Stolüstü Tennis Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, yarışda milli komandanın 6 üzvü bacarığını göstərəcək.

Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli medal uğrunda mübarizə aparacaq. Onlar bu məqsədlə həmin ölkəyə yola düşüblər.

Turnir aprelin 22-də başlayacaq və 4 gün davam edəcək.







Offside