- Offside
- 22:26 01.02.2026
Çimərlik voleybolu üzrə qadınlardan və kişilərdən ibarət Azərbaycan milli komandaları Türkiyədə təlim-məşq toplanışı keçəcəklər.
Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, onlar bu məqsədlə bu gün Antalya şəhərinə yola düşüblər.
Komandalar aprelin 21-28-də təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində həmin ölkədə keçiriləcək “Boardee Cup” turnirində də güclərini sınayacaqlar.