14 may 2025. Çərşənbə

Messidən Papa Fransiskin vəfatı ilə bağlı başsağlığı


  • Offside
  • 22:16 21.04.2025
  • Oxunma sayı: 66
Messidən Papa Fransiskin vəfatı ilə bağlı başsağlığı

"İnter Mayami"nin və Argentina millisinin ulduz futbolçusu Lionel Messi Roma Papası Fransiskin vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verib.

90deqiqe.Az xəbər verir ki, dünya futbolunun əfsanəsi şəxsi sosial media hesabında Papa Fransiskin xatirəsini yad edib:

“Rahat yat, Papa Fransisk. Bu dünyanı daha yaxşı bir yerə çevirdiyiniz üçün təşəkkür edirik. Biz sizin üçün darıxacağıq”.

Qeyd edək ki, Papa Fransisk aprelin 21-i səhər saatlarında 89 yaşında vəfat edib. O, 12 il Roma Papası kimi xidmət edib və Roma Katolik Kilsəsinin 266-cı rəhbəri hesab olunurdu.

Daha əvvəl məlum olmuşdu ki, pontifik vəfatı ilə əlaqədar aprelin 21-də keçirilməsi nəzərdə tutulan A Seriyasının və İtaliya gənclər çempionatının futbol oyunları, eləcə də Argentina çempionatının oyunları təxirə salınacaq.







Offside