6 dekabr 2025. Şənbə

Azərbaycan və Meksika arasında futbol sahəsində ikitərəfli münasibətlərin inkişaf imkanları müzakirə edilib


  • Offside
  • 14:44 22.04.2025
  • Oxunma sayı: 101
Azərbaycan və Meksika arasında futbol sahəsində ikitərəfli münasibətlərin inkişaf imkanları müzakirə edilib

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb.

90deqiqe.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, görüşdə futbol sahəsində ikitərəfli münasibətlərin inkişaf imkanları müzakirə edilib.

Səfir 2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil ediləcək dünya çempionatı barədə ümumi məlumat verib, azərbaycanlı azarkeşləri mundial zamanı ölkələrində görməkdən məmnun olacaqlarını bildirib.







Offside