6 dekabr 2025. Şənbə

ARAF “Dünyanın ən yaxşı ənənəvi idman təşkilatı” mükafatına layiq görülüb


  • Offside
  • 15:46 23.04.2025
  • Oxunma sayı: 199
ARAF “Dünyanın ən yaxşı ənənəvi idman təşkilatı” mükafatına layiq görülüb

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində təşkil olunmuş VII Etnosport Forumu çərçivəsində Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) Dünya Etnoidman Birliyi (World Ethnosport Confederation) tərəfindən “Dünyanın ən yaxşı ənənəvi idman təşkilatı” mükafatına layiq görülüb.

ARAF-dan 90deqiqe.Az-a verilən məlumata görə, mükafat federasiyanın milli-mənəvi irsin qorunması, ənənəvi atçılıq növlərinin inkişafı və beynəlxalq səviyyədə təbliği sahəsindəki töhfələrinə, habelə idman və mədəniyyətin qovşağında dayanan layihələrin uğurla reallaşdırılmasına görə təqdim olunub.

Həmçinin forumda təqdimatlar, müzakirələr və əməkdaşlıq sessiyaları çərçivəsində müxtəlif ölkələr arasında təcrübə mübadiləsi aparılıb, gələcəkdə birgə layihələrin reallaşdırılması imkanları nəzərdən keçirilib.







Offside