- Offside
- 22:26 01.02.2026
Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) Paradağ xizəyi idman növündə yenilənmiş reytinq cədvəlini açıqlayıb.
Milli Paralimpiya Komitəsindən 90deqiqe.Az-a bildirilib ki, aktivində 725.55 xal olan Azərbaycan paralimpiyaçısı Polad Rzayev daha 131.46 xal qazanaraq reytinq xallarını 594.09-a çatdırıb.
Qeyd edək ki, P.Rzayev son olaraq iştirak etdiyi Fransanın Auron şəhərində keçirilmiş FIS Paradağ xizəyi turnirinin həlledici mərhələsini 7-ci pillədə bitirib.