17 may 2025. Şənbə

Azərbaycan Ağırlıqqaldırma Federasiyasında Avropa çempionatının yekunları müzakirə olunub


  • Offside
  • 18:41 23.04.2025
  • Oxunma sayı: 72
Azərbaycan Ağırlıqqaldırma Federasiyasında Avropa çempionatının yekunları müzakirə olunub

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) növbəti iclası keçirilib.

AAF-dan 90deqiqe.Az-a verilən məlumata görə, toplantıda ilk olaraq Moldovanın paytaxtı Kişineu şəhərində keçirilmiş Avropa çempionatının yekunlarına dair məşqçilərin hesabatı dinlənilib. Böyüklər, gənclər, yeniyetmələr və qadınlardan ibarət yığma komandaların heyətində yer alan atletlərin nəticələri ilə bağlı inkişaf dinamikası ayrı-ayrılıqda nəzərdən keçirilib.

Federasiyanın vitse-prezident Firdovsi Umudov komandadaxili ab-hava və nizam-intizam məsələlərinin prioritet olduğunu bir daha diqqətə çatdırıb. Daha sonra hazırda reabilitasiya dövrü keçən idmançıların vəziyyəti ilə bağlı həkim heyətinin rəyi öyrənilib. İclasda, həmçinin yığma komandaların qarşıdan gələn təlim-məşq toplanışları ilə bağlı konkret tapşırıqlar verilib. Bu hazırlıqların təşkilində məqsəd ilin vacib yarışlarına (VI İslam Həmrəyliyi Oyunları, dünya çempionatı, Gənclər və Yeniyetmələrin Avropa birincilikləri) yollanacaq heyətin formalaşdırılmasıdır.

Toplantının sonunda federasiyadaxili cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.







Offside

Luis Nani siyasətə qoşulur
  • Offside
  • 22:16 16.05.2025
Luis Nani siyasətə qoşulur