17 may 2025. Şənbə

Tiaqo komandasının heyətindən uzaqlaşdırıldı


  • Offside
  • 22:06 23.04.2025
  • Oxunma sayı: 76
Tiaqo komandasının heyətindən uzaqlaşdırıldı

Müqavilə ilə İtaliyanın "Yuventus" klubuna məxsus olan və hazırda "Portu"da icarə əsasında çıxış edən müdafiəçi Tiaqo Djalo, gecə vaxtı əyləncəsi səbəbilə komandanın heyətindən kənarlaşdırılıb.

90deqiqe.Az xəbər verir ki, portuqaliyalı futbolçu klubun daxili intizam qaydalarını pozduğu üçün cəzalandırılıb. Məlumata görə, Djalo gecə həyatına aludə olduğu və bu səbəbdən nizam-intizamdan kənar davrandığı üçün səhər saat 07:00-da təkbaşına məşqə cəlb olunub.

"Portu" rəhbərliyi məsələ ilə bağlı sərt mövqe nümayiş etdirərək futbolçunun icarə müddətini erkən başa vurmağı düşünür. Klub, iyunun 30-da başa çatmalı olan icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilərək oyunçunun "Yuventus"a geri göndərilməsi variantını nəzərdən keçirir.

Djalo keçən yay "Yuventus"dan icarə əsasında "Portu"ya keçib. Portuqaliyalı mərkəz müdafiəçisi bu mövsüm 17 oyuna çıxıb, 2 qol vurub.

O, 2024-cü ilin yanvar transfer pəncərəsində "Lill"dən 5 milyon avroya "Yuventus"a keçsə də, Turin klubunda cəmi bir oyun keçirib. Onun İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatır.







Offside

Luis Nani siyasətə qoşulur
  • Offside
  • 22:16 16.05.2025
Luis Nani siyasətə qoşulur