12 may 2025. Bazar ertəsi

Azərbaycan kikboksçuları Lavtiyada beynəlxalq turnirdə mübarizə aparacaqlar


  • Offside
  • 13:40 25.04.2025
  • Oxunma sayı: 56
Azərbaycan kikboksçuları Lavtiyada beynəlxalq turnirdə mübarizə aparacaqlar

Azərbaycan kikboksçuları Latviyanın Riqa şəhərində keçiriləcək “Latvia Open” turnirində iştirak edəcəklər.

Azərbaycan Kikboksinq Federasiyasından (AKF) 90deqiqe.Az-a bildirilib ki, aprelin 25-28-də təşkil olunacaq yarışda ölkəmizi Rafiq Babazadə (57 kiloqram, K-1), Ayxan Həsənov (81 kiloqram, K-1) və Oqtay İsmayılov (60 kiloqram, K-1) təmsil edəcəklər.

AKF-nin prezidenti Orxan Əliyev yarışda qüvvəsini sınayacaq komandanın üzvlərinin böyük potensiala və təcrübəyə malik olduğunu bildirib: “İnanıram ki, idmançılarımız qələbə qazanıb bayrağımızı ucaldacaqlar”.

WAKO kateqoriyalı hakim, AKF-nin hakimlər kollegiyasının sədr müavini Aydın Ağabəyov da Azərbaycanı təmsil edənlər arasındadır.

Qeyd edək ki, qalib gələn idmançılar qala gecəsində iştirak edəcək və pul mükafatı ilə təltif olunacaqlar.







Offside