5 iyul 2026. Bazar günü

Azərbaycan parataekvondoçusu “Prezident Kuboku”nda bürünc medal qazanıb


  • Offside
  • 13:45 25.04.2025
  • Oxunma sayı: 163
Azərbaycan parataekvondoçusu “Prezident Kuboku”nda bürünc medal qazanıb

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Çinin Taiyan şəhərində keçirilən “Prezident Kuboku”nda bürünc medal qazanıb.

90deqiqe.Az xəbər verir ki, 58 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda rəqibinə uduzaraq, fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycanın 4 parataekvondoçu ilə təmsil olunduğu yarış “Los-Anceles-2028” Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.







Offside