6 dekabr 2025. Şənbə

Paralimpiya çempionumuz Çində gümüş medal qazanıb


  • Offside
  • 15:38 25.04.2025
  • Oxunma sayı: 106
Paralimpiya çempionumuz Çində gümüş medal qazanıb

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Çinin Taiyan şəhərində keçirilən “Prezident Kuboku”nda gümüş medal qazanıb.

90deqiqe.Az xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində çıxış edən paralimpiya çempionu zədə səbəbindən final görüşünə çıxmayıb.

Daha əvvəl Sabir Zeynalov (58 kiloqram) həmin yarışda üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycanın 4 idmançı ilə təmsil olunduğu yarış “Los-Anceles-2028” Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.







Offside