12 may 2025. Bazar ertəsi

FIBA-nın baş katibi Azərbaycanda basketbolun inkişafını yüksək qiymətləndirib


  • Offside
  • 15:42 25.04.2025
  • Oxunma sayı: 55
FIBA-nın baş katibi Azərbaycanda basketbolun inkişafını yüksək qiymətləndirib

Beynəlxalq Basketbol Federasiyasının (FİBA) baş katibi Andreas Zaqklis ölkəmizə səfəri çərçivəsində Azərbaycan Basketbol Federasiyasında (ABF) olub.

ABF-dən 90deqiqe.Az -a verilən məlumata görə, funksioner federasiyanın gündəlik fəaliyyəti və iş prosesi ilə yaxından tanış olub.

Görüş zamanı FIBA rəsmisi Azərbaycan basketbolunun inkişafını yüksək qiymətləndirib, federasiyanın basketbolun ölkədə daha geniş yayılması və peşəkar səviyyədə inkişafı istiqamətində səylərini və görülən tədbirləri müsbət dəyərləndirib.







Offside