14 dekabr 2025. Bazar günü

Azərbaycanı Avropa kata turnirində 6 cüdoçu təmsil edəcək


  • Offside
  • 17:59 25.04.2025
  • Oxunma sayı: 117
Azərbaycanı Avropa kata turnirində 6 cüdoçu təmsil edəcək

Azərbaycan cüdoçuları Polşanın Radom şəhərində keçiriləcək Avropa kata turnirində iştirak edəcəklər.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, yarışda milli komandanın 6 cüdoçusu mübarizə aparacaq. Yığma üzvləri “Nage-no-kata” və “Katame-no-kata” üzrə fəndlər nümayiş etdirəcəklər.

“Nage-no-kata” üzrə İsmayıl Rzayev, Natiq Qurbanlı (hər ikisi tori - hücum edən idmançı), Elçin Mayılov, Samir İsmayılov (hər ikisi uke - hücum edilən idmançı) qüvvəsini sınayacaq.

“Katame-no-kata”da isə Rafiq Nəcəfov (tori) və Seymur Məcidli (uke) medallar uğrunda yarışacaqlar.

Qeyd edək ki, aprelin 26-da təşkil olunacaq turnirdə 13 ölkədən 92 cüdoçu (61 kişi, 31 qadın) çıxış edəcək.







Offside