- Offside
- 23:55 16.05.2025
“Əl-Nəsr”in hücumçusu və kapitanı Kriştiano Ronaldo bu gün Asiya Çempionlar Liqasının 1/4 finalında Yaponiyanın "Yokohama F. Marinos" komandası ilə keçiriləcək oyun öncəsi paylaşım edib.
90deqiqe.Az xəbər verir ki, portuqaliyalı ulduz bu barədə sosial şəbəkə hesabında yazıb.
"Tam hazıram", – deyə, 40 yaşlı futbolçu qeyd edib.
Bu mövsüm 40 yaşlı forvard bütün turnirlərdə 36 matçda iştirak edib, 32 qol vurub və 4 məhsuldar ötürmə edib. Ronaldonun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.