14 dekabr 2025. Bazar günü

“Seltik” Şotlandiya çempionu oldu


  • Offside
  • 22:26 26.04.2025
  • Oxunma sayı: 124
“Seltik” Şotlandiya çempionu oldu

“Seltik” Şotlandiya Premyer Liqasının çempionu adını qazanıb.

90deqiqe.Az xəbər verir ki, “yaşıl-ağlar” səfərdə “Dandi Yunayted” üzərində 5:0 hesablı inamlı qələbə qazanaraq turnir cədvəlinin zirvəsinə yüksəlib və mövsümün qalibi olub.

Maraqlıdır ki, “Seltik”in çempionluğu rəsmiləşən matç bir müddətlik dayandırılıb. Belə ki, “Seltik” azarkeşləri bilet qiymətlərinin yüksək olmasına etiraz olaraq meydançaya naringilər atıblar. Təxminən üç dəqiqəlik fasilədən sonra oyun davam etdirilib.

Azarkeşlər 42 funt sterlinq dəyərində olan bilet qiymətlərindən narazılıqlarını ifadə ediblər.

Qeyd edək ki, bu çempionluqla “Seltik” titul sayında “Reyncers”in rekordunu təkrarlayıb.







Offside