12 may 2025. Bazar ertəsi

Novak Cokoviç bu turnirində iştirak etməyəcək


  • Offside
  • 22:41 29.04.2025
  • Oxunma sayı: 62
Novak Cokoviç bu turnirində iştirak etməyəcək

"Böyük Dəbilqə”nin 24 qat çempionu Novak Cokoviç 7-18 may tarixlərində Romada keçiriləcək “Masters” turnirində iştirak etməyəcək.

90deqiqe.Az-ın "Entry List Updates"ə istinadən yaydığı məlumata görə, serb tennisçini əsas püşkatmada macar idmançı Fabian Marozsan əvəz edəcək.

Bundan əlavə, çilili tennisçi Alexandro Tabilo da turnirdən imtina edib. Onun yerinə Kristofer O'Konnell iştirak edəcək.

 

Aprelin 23-dən mayın 4-dək İspaniyanın Madrid şəhərində keçirilən “Masters” turnirində Cokoviç turnirin açılış matçında italiyalı Matteo Arnaldiyə 3:6, 4:6 hesabı ilə uduzub. Serblər üçün bu mövsüm Masters turnirlərinin açılış matçlarında ardıcıl ikinci məğlubiyyət oldu. O, bundan əvvəl Monte-Karloda keçirilən turnirdə Alexandro Tabiloya uduzub (3:6, 4:6).







Offside