6 dekabr 2025. Şənbə

Azərbaycan cüdoçusu zədələndiyi üçün dünya çempionatında iştirak etməyəcək


  • Offside
  • 14:34 30.04.2025
  • Oxunma sayı: 111
Azərbaycan cüdoçusu zədələndiyi üçün dünya çempionatında iştirak etməyəcək

Cüdo üzrə Azərbaycan milli komandasının üzvü Murad Fətiyev zədələnib.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı Monteneqronun paytaxtı Podqoritsada keçirilmiş Avropa çempionatında üçüncü yer uğrunda görüşdə zədə alıb.

Cüdoçumuz həmin qarşılaşmadan qalib ayrılaraq bürünc medala sahib çıxıb.

M.Fətiyev zədə səbəbindən iyunun 13-dən 20-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.







Offside