14 may 2025. Çərşənbə

Ronaldolu "Əl-Nəsr"in Asiya macərası başa çatdı


  • Offside
  • 22:56 30.04.2025
  • Oxunma sayı: 104
 Ronaldolu "Əl-Nəsr"in Asiya macərası başa çatdı

AFC Çempionlar Liqasının elit klubunun "Əl-Nəsr" və "Kawasaki Frontale" komandaları arasında yarımfinal oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş  Yaponiya təmsilçisinin 2:3 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 10-cu dəqiqədə "Kawasaki Frontale" nin hücumçusu Tatsuya İto açıb. Meydan sahibləri buna 28-ci dəqiqədə cavab verib. Qolu Sadio Mane vurub. "Kawasaki Frontale"nin yarımmüdafiəçisi Yuto Ozeki matçın 41-ci dəqiqəsində komandasının fərqini dubl edib. Üçüncü qolu Erisonun ötürməsindən Akihiro İenaqa vurub. Qonaqların qapısına ikinci qolu Ueslinin ötürməsindən “Əl-Nəsr”in yarımmüdafiəçisi Ayman Yəhya vurub. Kriştiano Ronaldo qol vura bilməyib. Beləliklə, "Kawasaki Frontale" AFC Çempionlar Liqasının finalına vəsiqəni təmin etdi.

AFC Çempionlar Liqasının finalı aprelin 3-ü şənbə günü keçiriləcək."Kawasaki Frontale" "Əl Əhli" ilə qarşılaşacaq.







Offside