14 may 2025. Çərşənbə

Azərbaycan yığması Millətlər Liqasında ikinci olub


  • Offside
  • 21:50 01.05.2025
  • Oxunma sayı: 106
Azərbaycan yığması Millətlər Liqasında ikinci olub

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, Elşad Quliyevin rəhbərlik etdiyi komanda həlledici görüşdə ev sahibi kollektiv ilə qarşılaşıb.

Görüşün əsas vaxtı heç-heçə ilə (2:2) yekunlaşdığı üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada dəqiq olan Slovakiya Millətlər Liqasının qalibi olub - 3:1.

Millimiz isə turniri ikinci pillədə başa vurub.

Qeyd edək ki, yığma ötən gün qrupda Slovakiyaya uduzub (2:3), Ukrayna ilə heç-heçə edib - 2:2. Azərbaycan millisi yarımfinalda Belçikanı 2:0 hesabı ilə üstələyib.







Offside