8 oktyabr 2026. Cümə axşamı

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirinin qalibi olub


  • Offside
  • 17:17 02.05.2025
  • Oxunma sayı: 360
Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirinin qalibi olub

Azərbaycan cüdoçusu Balabəy Ağayev Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda yerli idmançı Mehrzod Sufiyevə ipponla qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər cüdoçumuz Yaşar Nəcəfov (66 kiloqram) isə bu gün üçüncü yer uğrunda qarşılaşmada özbəkistanlı Artyom Şturbabinlə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan "Böyük Dəbilqə" turnirində 6 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunur. Yarışa mayın 4-də yekun vurulacaq.







Offside