17 may 2025. Şənbə

"Böyük Dəbilqə": Azərbaycanın üç cüdoçusu finala yüksəlib


  • Offside
  • 13:44 04.05.2025
  • Oxunma sayı: 38
"Böyük Dəbilqə": Azərbaycanın üç cüdoçusu finala yüksəlib

Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycanın üç cüdoçusu finala yüksəlib.

90deqiqe.Az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində yarışan Vüqar Talıbovla Elcan Hacıyev finalda qarşılaşacaqlar.

Finala vəsiqə qazanan Camal Qamzatxanovun (+100 kq) rəqibi isə tacikistanlı cüdoçu Temur Rakimov olacaq.

Kənan Nəsibov (+100 kq) isə bürünc medal uğrunda özbəkistanlı Utkirbek Turoboyevlə mübarizə aparacaq.

Bürünc medalllar uğrunda yarışlara və finallara Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.

Qeyd edək ki, Azərbaycan cüdoçularından daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.







Offside

Luis Nani siyasətə qoşulur
  • Offside
  • 22:16 16.05.2025
Luis Nani siyasətə qoşulur