17 may 2025. Şənbə

Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Kubokunu 18 medalla başa vurublar


  • Offside
  • 20:39 04.05.2025
  • Oxunma sayı: 49
Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Kubokunu 18 medalla başa vurublar

Qubada keçirilmiş cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başa çatıb.

90deqiqe.Az xəbər verir ki, yarışın ikinci - sonuncu günündə daha 8 çəki dərəcəsində qaliblər bəlli olub.

Azərbaycan cüdoçuları bu günü 6 medalla (3 gümüş, 3 bürünc) başa vurublar.

Səid Şərifov (-73 kiloqram), Amin Mehdiyev (-81 kiloqram) və Səid Hüseynov (-90 kiloqram) gümüş medalla kifayətləniblər.

Məhəmməd Ağakişiyev (-73 kiloqram), Sübhan Axundov və Tunar Fərzəliyev (hər ikisi +90 kiloqram) bürünc medala sahib olublar.

Qeyd edək ki, ötən gün Azərbaycan yığması 12 medal (3 qızıl, 3 gümüş və 6 bürünc) qazanmışdı. Anar Quliyev (-50 kiloqram), Zeyd Ələsgərov (-60 kiloqram), Nuranə Hacızadə (-48 kiloqram) qızıl, Rəsul Əlizadə (-55 kiloqram), Fəxri Sahibzadə (-66 kiloqram), Leyla Ələkbərova (-48 kiloqram) gümüş, İbrahim Talıbov, Rza Xəlilli (hər ikisi -50 kiloqram), Röyal Qayıbov (-60 kiloqram), Hüseyn Hüseynov (-66 kiloqram), Xədicə Abdullayeva (-44 kiloqram) və Aysun Məmmədova (-52 kiloqram) bürünc medala layiq görülüblər.

Yekunda 3 qızıl, 6 gümüş və 9 bürünc olmaqla, ümumilikdə 18 medal qazanan Azərbaycan yığması turnirin komanda hesabında ikinci yeri tutub.







Offside

Luis Nani siyasətə qoşulur
  • Offside
  • 22:16 16.05.2025
Luis Nani siyasətə qoşulur