17 may 2025. Şənbə

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin qalibləri mükafatlandırılıb


  • Offside
  • 18:59 06.05.2025
  • Oxunma sayı: 111
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin qalibləri mükafatlandırılıb

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinin mükafatlandırılma mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki, Tennis Akademiyasında təşkil olunan tədbirdə mükafatları AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, vitse-prezident Taleh Nəsibov, Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Elnur Məmmədov və digər rəsmi şəxslər təqdim ediblər.

Həlledici oyunda Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin komandasına 3:0 hesabı ilə qalib gələn Ədliyyə Nazirliyi ardıcıl ikinci dəfə turnirin qalibi olub.

“Qaçqınkom” gümüş, Daxili İşlər Nazirliyi isə bürünc medallara sahib çıxıb.

Qeyd edək ki, turnir Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Yarışda ümumilikdə 39 kollektiv iştirak edib.







Offside

Luis Nani siyasətə qoşulur
  • Offside
  • 22:16 16.05.2025
Luis Nani siyasətə qoşulur