20 iyun 2025. Cümə

"Baku Open-2025" Beynəlxalq Şahmat Festivalının medalçıları mükafatlandırılıb


  • Offside
  • 19:59 06.05.2025
  • Oxunma sayı: 54

"Baku Open-2025" Beynəlxalq Şahmat Festivalının medalçıları mükafatlandırılıb.

90deqiqe.Az xəbər verir ki, qaliblərə medal, kubok, pul mükafatı və sertifikat təqdim olunub.

Müxtəlif yaş kateqoriyaları üzrə iştirakçılara mükafatları Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və digər rəsmi şəxslər təqdim ediblər.

Xatırladaq ki, festivalın mükafat fondu 55 min ABŞ dolları təşkil edib. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı mübarizə aparıb. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilib.







Offside