17 may 2025. Şənbə

Azərbaycanın cüdo yığması Türkiyədə təlim-məşq düşərgəsinə qatılıb


  • Offside
  • 14:03 07.05.2025
  • Oxunma sayı: 48
Azərbaycanın cüdo yığması Türkiyədə təlim-məşq düşərgəsinə qatılıb

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.

Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, iki günü əhatə edən hazırlıq prosesində cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edib.

Təlim-məşq toplanışı mayın 31-dən iyunun 1-dək Avstriyanın Qrats şəhərində və iyunun 21-22-də Almaniyanın paytaxtı Berlində təşkil olunacaq gənclər arasında Avropa Kuboku turnirlərinə hazırlıq məqsədi daşıyır.







Offside

Luis Nani siyasətə qoşulur
  • Offside
  • 22:16 16.05.2025
Luis Nani siyasətə qoşulur