14 iyun 2025. Şənbə

“Gəncə” voleybol klubu baş məşqçisi ilə yollarını ayırıb


  • Offside
  • 12:57 12.05.2025
  • Oxunma sayı: 67
“Gəncə” voleybol klubu baş məşqçisi ilə yollarını ayırıb

Qadın voleybolçulardan ibarət “Gəncə” komandası baş məşqçisi Sergey Çasnavitski ilə yollarını ayırıb.

Klubun mətbuat xidmətindən  90deqiqe.Az-a bildirilib ki, Qərb təmsilçisi növbəti mövsümdə belaruslu mütəxəssislə çalışmamaq qərarına gəlib.

Qeyd edək ki, “Gəncə” başa çatan mövsümdə Sergey Çasnavitskinin rəhbərliyi altında Yüksək Liqada gümüş medalın sahibi olub.







Offside