14 iyun 2025. Şənbə

Azərbaycan gimnastları Polşadakı turnirdə 17 medal qazanıblar


  • Offside
  • 14:45 12.05.2025
  • Oxunma sayı: 75
Azərbaycan gimnastları Polşadakı turnirdə 17 medal qazanıblar

Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnirdə Azərbaycan millisinin üzvləri uğurlu çıxış ediblər.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, təmsilçilərimiz 17 medal qazanıblar.

Batut gimnastikasında Fərhad Mustafayev, Samirə Hüseynova, Şəfiqə Hümbətova qızıl, Ammar Baxşalıyev qızıl və bürünc, Muhammed Həsənli gümüş, Nikita Koleşnikov gümüş və bürünc, Fərhad Vəliyev gümüş və bürünc, Aylin Ağazadə bürünc, Ayan Şabanova bürünc mükafata sahib çıxıblar.

Tamblinqdə Sənan Rzazadə, Tofiq Əliyev qızıl, Aleksey Karataşov, Mehdi Əliyev gümüş, Adil Hacızadə bürünc medal əldə edib.







Offside