15 iyun 2025. Bazar günü

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq tennis turnirində ilk həftə başa çatıb


  • Offside
  • 19:52 12.05.2025
  • Oxunma sayı: 76
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq tennis turnirində ilk həftə başa çatıb

Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyasının (ATF) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Avropa Tennis Turnirlərində 14-16 yaşlı idmançıların mübarizəsində ilk həftə başa çatıb.

ATF-dən 90deqiqe.Az-a verilən məlumata görə, Bakı Tennis Akademiyasında keçirilən yarışda 13 ölkə iştirak edib.

Azərbaycan, Türkiyə, Belarus, Rusiya, Qazaxıstan, Almaniya, Ukrayna, Polşa, Yaponiya, İsrail, Kanada, Avstriya, Gürcüstandan olan 14 yaş qrupunda 58, 16 yaş qrupunda isə 39 oğlan və qız tennisçi mübarizə aparıb.

Yerli idmançılarımızdan Raul Məlikov, Mikayıl Feyzullayev, Nazim Məlikov, qızlardan isə Mədinə Qurbanova, Ayşən Kərimli və Cahan İsmayılova çıxış ediblər. Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan turnirin son günündə qaliblərin adlarına aydınlıq gəlib. Fərqlənən idmançılara diplom, medal və kubok təqdim olunub.

Qeyd edək ki, Avropa Tennis Turnirlərinə mayın 25-i yekun vurulacaq.







Offside