- Offside
- 01:45 09.07.2025
Bu gün dünyanın bir nömrəli tennisçisi, italiyalı Yannik Sinner Romada keçirilən ATP-1000 seriyalı turnirin üçüncü raundunda niderlandlı Jesper de Yonqu 6:4, 6:2 hesabı ilə məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, bu nəticə Sinnerin Masters turnirlərində qazandığı 80-ci qələbə olub.
İtaliyalı tennisçi bu nailiyyətə 106-cı matçında imza atıb. Bu göstəriciyə daha tez yalnız iki tennisçi nail olub – ispaniyalı Rafael Nadal (96 matç) və isveçli Stefan Edberq (103 matç).
Qeyd edək ki, turnirin dördüncü mərhələsində Sinnerin rəqibi dünyanın 18-ci raketkası olan argentinalı Fransisko Cerundolo olacaq. O, əvvəlki qarşılaşmasında avstriyalı Sebastyan Ofneri məğlub edərək növbəti mərhələyə adlayıb.