- Offside
- 05:16 15.06.2025
Mayın 12-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində gənclər arasında kamandan oxatma üzrə Avropa kuboku turnirinə start verilib.
90deqiqe.Az Azərbaycan Kamandan Oxatma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan millisi yarışlarda səkkiz idmançı ilə (Fatimə Hüseynli, Sümeyyə Bədəlli, Yağmur Qurbanlı, Zəhra Carçılı, Zahid Kazımzadə, Nurlan Rəhimli, Sərdar Vəliyev, İslam İsmayılov) təmsil olunur.
Ümumilikdə 18 ölkədən 204 idmançının qatıldığı beynəlxalq turnirin açılış mərasimi və məşq sessiyaları mayın 12-də baş tutub. Bu gün oxatanlar sıralama turuna başlayıblar.
Qeyd edək ki, Avropa Kubokuna mayın 17-də yekun vurulacaq.