- Offside
- 23:24 15.07.2025
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Galaxy Cup” turniri başa çatıb.
90deqiqe.Az xəbər verir ki, Azərbaycanda ilk dəfə olaraq həmin yarışda təmsil olunub.
Nüfuzlu turnirdə “Ocaq Sport” klubunun 2013–2015-ci il təvəllüdlü 10 istedadlı hokkeyçisi iştirak edib.
Komandamız 6 kollektiv arasında üçüncü yerin sahibi olub. Qapıçı İlkin Qəmbərov isə komandanın ən yaxşı oyunçusu adına layiq görülüb.