14 iyun 2025. Şənbə

Makqreqor UFC-dəki yeni döyüşlərə münasibət bildirib


  • Offside
  • 11:40 14.05.2025
  • Oxunma sayı: 49
Makqreqor UFC-dəki yeni döyüşlərə münasibət bildirib

İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor təşkilatın yaxın vaxtlarda keçiriləcək döyüşləri ilə bağlı sosial şəbəkədə paylaşım edib.

90deqiqe.Az xəbər verir ki, Makqreqor bu barədə “X” sosial platformasında paylaşım edərək yazıb:

“Vay! UFC-də yenidən həyəcanlı anlar! Aferin, Dana Uayt! Mən sənə heç vaxt şübhə etməmişəm.”

Qeyd edək ki, 36 yaşlı Konor Makqreqor 2021-ci ildən bəri oktaqona çıxmayıb. O, son döyüşünü UFC 264 turnirində keçirmiş və keçmiş müvəqqəti yüngül çəki çempionu Dastin Puaryeyə ilk raundda ayaq zədəsi səbəbilə texniki nokautla məğlub olmuşdu. İrlandiyalı döyüşçünün peşəkar karyerasında 22 qələbə və 6 məğlubiyyət var.

Daha əvvəl məlum olub ki, UFC 317 turnirində yüngül çəkidə titul uğrunda İliya Topuriya və Çarlz Oliveyra qarşılaşacaq. Bundan əlavə, UFC prezidenti Dana Uayt ağır çəki dərəcəsində İslam Maxaçev və Cek Della Maddalena arasında çempionluq döyüşünün baş tutacağını elan edib.







Offside