- Offside
- 23:20 30.01.2025
Təlim-məşq toplanışını Bakıda davam etdirən futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik olunub.
Corner.az xəbər verir ki, Amadeu Fernandes viza ilə bağlı problemlə üzləşdiyindən millinin toplanışına qatıla bilməyib.
Baş məşqçi EKOL-un üzvü Fərid Atakişiyevi hazırlığa dəvət edib.
Qeyd edək ki, avqustun 24-dək Bakıda toplanış keçirəcək yığma hazırlığını ayın 25-dən 29-dək Minskə davam etdirəcək. Toplanış çərçivəsində komandamız avqustun 26-da və 28-də Belarus yığması ilə yoldaşlıq oyunları keçirəcək.