- Offside
- 11:57 06.12.2025
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo ardıcıl üçüncü dəfə dünyanın ən çox qazanan 50 idmançısı siyahısında lider olub.
90deqiqe.Az "Forbes"ə istinadən xəbər verir ki, 40 yaşlı futbolçu son bir ildə ümumilikdə 275 milyon dollar gəlir əldə edib.
Onun qazancının 225 milyon dolları maaş və bonuslardan, 50 milyon dolları isə sponsorluq müqavilələrindən formalaşıb.
Siyahıda Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun hücumçusu Lionel Messi beşinci pillədə qərarlaşıb. 36 yaşlı futbolçunun illik gəliri 135 milyon dollar olub. Bunun 60 milyon dolları maaş və bonuslar, 75 milyon dolları isə sponsorluq gəlirlərindən ibarətdir.