- Offside
- 01:45 09.07.2025
“Əl-İttihad”ın hücumçusu Kərim Benzema, komandası Səudiyyə Ərəbistanı Pro Liqasının çempionluğunu vaxtından əvvəl təmin etdikdən sonra duyğularını bölüşüb.
90deqiqe.Az xəbər verir ki, fransalı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Çempionlar! Mən bu komanda və azarkeşlərimizlə fəxr edirəm!"
Mövsümün bitməsinə iki tur qalmış “Əl-İttihad” ən yaxın izləyicisi “Əl-Hilal”ı 9 xal qabaqlayaraq liqa cədvəlinə başçılıq edir.
Bu mövsüm 37 yaşlı Benzema 28 oyun keçirib, 21 qol vurub və 9 məhsuldar ötürmə edib və komanda üçün yüksək səviyyəli oyun və əhəmiyyət nümayiş etdirib. Keçmiş Real Madrid oyunçusunun Səudiyyə klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.